AZ

Gənc voleybolçularımız Avropa çempionatında mübarizə aparacaq

Noyabrın 20-də Latviyanın Daugavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Şərqi Avropa Zona Assosiasiyası (EEVZA) çempionatı start götürəcək. 

Bizim.Media xəbər verir ki, turnir 2024-cü il Avropa çempionatına seçmə xarakteri daşıyır.

Azərbaycan yığması Latviya, Ukrayna, Estoniya, Litva, Polşa və Gürcüstan komandaları ilə yeni qrupda yarışacaq. Komandamız ilk oyununu meydan sahiblərinə qarşı keçirəcək. 

Qeyd edək ki, qrupda birinci yeri tutan komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanacaq. 

20 noyabr 

18:00. Latviya - Azərbaycan 

21 noyabr 

15:30. Azərbaycan - Ukrayna 

22 noyabr 

15:30. Estoniya - Azərbaycan 

23 noyabr 

15:30. Azərbaycan - Litva 

24 noyabr 

15:30. Polşa - Azərbaycan 

26 noyabr 

13:00. Azərbaycan - Gürcüstan 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
331
29
Mənbələr
Şərh ()
Bağla