AZ

Ukrayna dronlarının Moskva “paradı”

Avqustun 21-nə keçən gecə Rusiyanın ən azı beş regionunda pilotsuz təyyarələr və raket hücumları qeydə alınıb.

Moskva meri Sergey Sobyaninin Telegram-da yazıb ki, hava hücumundan müdafiə qüvvələri Rusiya paytaxtı istiqamətində uçan “düşmənin” on pilotsuz uçuş aparatını (PUA) vurub. Sobyanin bu hücumu “bütün zamanların ən böyük hücumlarından biri” adlandırıb. Bundan əlavə, PUA-lar Rusiya Federasiyasının Bryansk və Tula vilayətləri üzərində də qeydə alınıb. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz 23 pilotsuz uçan aparatın məhv edildiyini açıqlayıb. Regional Təhlükəsizlik Nazirliyinin saytında Tula vilayəti üzərində iki pilotsuz təyyarənin vurulduğu bildirilir.

Bu arada Rostov vilayətinin başçısı Vasili Qolubev də raket hücumundan yazıb: bir hədəfin bölgənin qərbində vurulduğu iddia edilir. Belqorod və Belqorod vilayəti üzərində də hava hücumundan müdafiə sistemi fəaliyyət göstərib. Bölgənin qubernatoru Vyaçeslav Qladkov “Bir neçə hava hədəfi vuruldu” – deyib. Bütün hallarda ruslar üçün itki və dağıntının olmadığı iddia edilir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
32
editor.az

10Mənbələr