AZ

Qəzza ilə bağlı danışıqlar dayandırıldı

Qəzza zolağında münaqişənin həlli istiqamətində aparılan danışıqlarda vasitəçi qismində çıxış edən Misir, Qətər və ABŞ nümayəndə heyətləri danışıqlar prosesinə fasilə vermək qərarına gəliblər.

Publika.az xəbər verir ki, danışıqlar qeyri-müəyyən müddətə dayandırılıb, bərpa üçün heç bir tarix yoxdur.

ABŞ, Qətər və İsraildən olan nümayəndə heyətlərinin üzvləri artıq danışıqların aparıldığı Qahirəni tərk ediblər.

Fələstinin HƏMAS hərəkatı isə öz növbəsində son günlər məsləhətləşmələrdə ümumiyyətlə iştirak etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
10
publika.az

10Mənbələr