AZ

COP29-da ölkələr Milli İqlim Fəaliyyətləri üzərində fəal işləməlidirlər - Aleksandr Sayer

Bakı, TurkicWorld

COP29 çərçivəsində ölkələr Milli İqlim Fəaliyyət Planları üzərində fəal işləməlidir.

TurkicWorld -in məlumatına görə, bunu UNFCCC-nin Kommunikasiyalar Departamentinin rəhbəri Aleksandr Sayer "29 İqlim Dialoqları: COP29-a gedən yol" adlı media üçün effektiv kommunikasiya üzrə seminarda keçirilən panel müzakirəsində bildirib.

Sayer qeyd edib ki, daha iddialı iqlim hədəfləri hər beş ildən bir qarşıya qoyulur.

"Vacib aspektlərdən biri iqlim fəaliyyətləri üzrə milli planlardır. Bu il ölkələr onların inkişafı üzərində işləməlidirlər. Bu planlar 2025-ci ilin əvvəllərinə və ya gələn ilin fevralına qədər hazır olmalıdır. Onlar daha sağlam gələcəyə keçid yaradan iqtisadiyyatın inkişafından bəhs edir", - o əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
112
11
turkic.world

10Mənbələr