Qoç - Mürəkkəb və uğursuz gündür. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün xeyli səy göstərməli olacaqsınız. Prioritetləri mümkün qədər sürətlə, tez müəyyənləşdirin. Bir neçə mühüm işin öhdəsindən gələ biləcəyinizi düşünməyin. Bir işi seçin, diqqəti ona yönəldin.
Buğa - Günün ilk yarısı nisbətən uğurludur. İkinci dərəcəli işlərlə məşğul olmayın. Önəmli məsələnin həllinə başlayın və ciddi məqamların çözülməsini təxirə salmayın.
Əkizlər - Xırdalıqlara və detallara fikir verin. Nəyisə nəzərdən qaçırsanız, sonradan çox ciddi problemlər yarana bilər. Ünsiyyətdə də sayıq olun. Deyilənlərə qulaq asmaqla yanaşı, intonasiya və kontekstə fikir verin. İradları nəzərə almağa çalışın. Gərəkli məlumatı əldə etmək üçün həddən artıq çalışmağa lüzum yoxdur.
Xərçəng - Çoxsaylı problemlər və xoşagəlməz hadisələr zamanıdır. Rəğbət bəslədiyiniz insanlar belə, sizi təəssüfləndirəcəklər. Fəqət düşünməyin ki, yanınızda layiqli insan qalmayıb. Belə deyil. Ünsiyyət çevrəsini və təmas dairəsini köklü şəkildə dəyişməyə can atmayın.
Şir - Parlaq, yaddaqalan gün olacaq. Müsbət təmayüllərin təsiri güclüdür. Gözlənilməz, amma çox maraqlı təkliflər ala bilərsiniz. Yeni müttəfiq, tərəfdaş və şərik tapılması istisna deyil. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Qız - Uğursuzluqlar zolağına düşdüyünüzü düşünməyin. Günün ilk yarısı çətinliklər və problemlərlə zəngin olsa da, saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Ehtiyatlı olun. Ciddi işlə məşğul deyilsinizsə, həddən artıq aktiv davranmayın. Maliyyə itkiləri riski var. İtkilər düşündüyünüzdən də artıq ola bilər.
Tərəzi - Günün ilk yarısı kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr üçün əlverişlidir. Maliyyə fonu uğurlu deyil. Pullarınızın qədrini bilin, bədxərclik etməyin.
Əqrəb - Pis gün olmasa da, xariqələr vəd etməyən zamandır. Mühüm hadisələr yaşanmayacaq. Əhvalınızı pozmayın, hər şey o qədər də pis deyil. Yeni təcrübə, bacarıq və ya biliklər əldə etməyə çalışın. Onlar bir müddət sonra karınıza gələ bilər.
Oxatan - Yalnız ailə üzvlərinizə, yaxınlarınıza və dostlarınıza güvənin. Bədxahlarla rəqiblər bu gün sizi tora salmağa çalışacaqlar. Hətta indiyədək yalan danışmağı sevməyən insanlardan biri sizi aldatmağa can atacaq. Maliyyə itkiləri istisna deyil. Alış-veriş uğurlu olmayacaq.
Oğlaq - Günün ilk yarısında qəfil çətinliklər yaranacaq. Bədgüman olmayın, qüvvələrinizə inamınızı itirməyin. Nikbin davranın. Ruhdan düşmək üçün heç bir ciddi səbəb yoxdur. Problemlərin səbəbi əlverişsiz emosional fondur.
Dolça - Günün ilk yarısında mühüm işləri yerinə yetirmək fikriniz varsa, onların planlaşdırılan vaxtdan artıq zaman alacağına hazır olun.
Balıqlar - Tələskən və səbirsiz davranmasanız, hər şey yaxşı alınacaq. Mühüm qərarları düşünmədən qəbul etməyin. Hansısa qəfil ideyanın müstəsna və ya parlaq olacağını düşünməyin. Əvvəllər hazırladığınız planlardan birini reallaşdırmağa başlayın.
Milli.Az