AZ

Pavel Durov saxlanılıb

"Telegram"ın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransanın LCI telekanalı məlumat yayıb.

39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib.

Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Onu 20 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.

Seçilən
236
11
operativmm.az

10Mənbələr