AZ

Şanlı Zəfərdən yeni zirvələrə doğru -Fotolar



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynova Gədəbəy rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərlə görüşü keçirilib.
Deputatlığa namizəd Sevinc Hüseynova YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və iştirakçılar əvvəlcə Gədəbəy şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinin ehtiramla yad etdilər.Görüş Gədəbəy rayon Heydər Əliyev Mərkəzində davam etdirildi.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən geniş bəhs edib.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
Sevinc Hüseynova çıxışında şəhid ailərinə və qazilərimizə dövlət qayğısından danışıb, onlara böyük ehtiram bəsləndiyini vurğulayıb.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə,həmçinin şəhid atası Allahverdiyev Rəsul, Rzayev Rəsul, Nağıyev Azad, Allahverdiyev Qərib, Əliyev Fazil təşviqat qrupunun üzvü Pərviz Bayramov və digərləri çıxış ediblər.Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Sevinc Hüseynovaya qarşıdan gələn parlament seçkilərində uğurlar arzu edən şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları hər zaman olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.
Deputatlığa namizəd şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə fərdi görüşlər də keçirib.



Seçilən
150
50
aia.az

10Mənbələr