AZ

“Döşək dominosu” üzrə dünya rekordu qırıldı - VİDEO

Filippində döşəklərdən və insanlardan ibarət ən uzun “domino düzülüşü” üzrə dünya rekordu qırılıb. Tədbirdə 2 355 nəfər iştirak edib.

Məlumata görə, yerli döşək istehsalçısı 55 illik yubileyi münasibətilə “Ginnesin Rekordlar Kitabı”na düşmək qərarına gəlib. “Döşək dominosu” da bu məqsədlə təşkil edib.

O da vurğulanır ki, əvvəlcədən bütün iştirakçılara zədə almamaq üçün düzgün yıxılma qaydaları göstərilib.

Rekord tamamlandıqdan sonra bütün döşəklər xeyriyyə təşkilatlarına bağışlanıb.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı

Seçilən
669
18
Mənbələr
Şərh ()
Bağla