Türkiyədə fəaliyyətə başlayan Azərbaycan sərmayəli şirkətlərinin sayı azalıb.
Son 30 ildə Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşlarının həcmi - AÇIQLANDI
FED.az xəbər verir ki, 2023 və 2024-cü illər arasında Türkiyədə Azərbaycan kapitallı şirkətlərin fəaliyyəti və sərmayələri arasında nəzərəçarpan dəyişikliklər baş verib. Bu ilin iyul ayı və keçən ilin iyul ayı üzrə müqayisələr göstərir ki, anonim və məhdud məsuliyyətli şirkətlərin sayı azalıb.
Belə ki, anonim şirkətlərin sayı 2023-cü ilin iyulunda 6 olduğu halda, 2024-cü ildə bu rəqəm 1-ə enib. Eyni zamanda, məhdud məsuliyyətli şirkətlərin sayı 15-dən 12-ə qədər azalıb. Bununla yanaşı, ortaq şirkətlərdəki ümumi sərmayə 2023-cü ilin iyulunda 11,1 milyon TL olduğu halda, 2024-cü ilin iyulunda 7,6 milyon TL-ə qədər enib. Bu, ümumi sərmayədə 32% azalma deməkdir. Ortaq şirkətlərdəki Azərbaycanın sərmayəsi də 8,9 milyon TL-dən 7,3 milyon TL-ə düşərək, 18% azalma nümayiş etdirib.
Yanvar-iyul dövrü üzrə rəqəmlər də oxşar tendensiyaları əks etdirir.
Belə ki, 2023-cü ilin yanvar – iyul ayıları ərzində anonim şirkətlərin sayı 27 ikən, 2024-cü ilin eyni dövründə bu rəqəm 15-ə qədər azalıb. Məhdud məsuliyyətli şirkətlərin sayında isə, 124 şirkətdən 109-a qədər azalma müşahidə olunur. Ortaq şirkətlərdəki ümumi sərmayə 2023-cü ilin ilk 7 ayı ərzində 161 milyon TL ikən, 2024-cü ildə 77,1 milyon TL-ə qədər düşüb, başqa sözlə 52% azalma olub.
Azərbaycanın bu şirkətlərdəki sərmayəsi də əhəmiyyətli dərəcədə azalıb. 2023-cü ilin 7 ayı ərzində 146,8 milyon TL olan sərmayə, 2024-cü ilin 7 ayında 67,6 milyonr TL-ə düşərək, 54% azalma göstərib.
Şirkət sayları və sərmayələrin həcmləri haqqında daha detallı məlumatlar aşağıdakı cədvəllərdə :
Şirkətlər | 2023-cü il iyul ayı | 2024-cü il iyul ayı | ||
Anonim şirkətlər | Limited şirkətlər | Anonim şirkətlər | Limited şirkətlər | |
Şirket Sayı | 6 | 15 | 1 | 12 |
Ortak Olunan Şirkətlərdəki Sermaye Toplamı (TL) | 300,000 | 11,110,000 | 250,000 | 7,560,000 |
Ortak Olunan Şirkətlərdəki Azərbaycanın Sermaye Toplamı (TL) | 300,000 | 8,890,000 | 250,000 | 7,290,000 |
Şirkətlər | 2023-cü il yanvar - iyul | 2024-cü il yanvar - iyul ayı | ||
Anonim şirkətlər | Limited şirkətlər | Anonim şirkətlər | Limited şirkətlər | |
Şirket Sayı | 27 | 124 | 15 | 109 |
Ortak Olunan Şirkətlərdəki Sərmaye Toplamı (TL) | 6,150,000 | 160,980,000 | 11,550,000 | 77,140,000 |
Ortak Olunan Şirkətlərdəki Azərbaycanın Sermaye Toplamı (TL) | 5,899,000 | 146,804,000 | 5,120,000 | 67,594,500 |