Vanın Gevdan tayfasından olan Ahmet Aslanın oğlu Baran Aslan ilə İbrahim Aslanın qızı Sudan Aslanın toyunda zinət əşyaları yarışı keçirilib. Minlərlə lirə və qızılın taxıldığı toy mərasiminə iranlı turistlər də qatılıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, təxminən 3500 nəfərin iştirak etdiyi toyda 100-dən çox xırdabuynuzlu heyvan kəsilib.
Təxminən 4 saat davam edən və 17 nəfərin pul saydığı mərasimdə bəylə gəlinə cəmi 8 milyon 500 min lirə (təxminən 250 min dollar) dəyərində zinət əşyası verilib.
Toy sahibinin sözlərinə görə, mərasimə İran, İraq, Amerika və Avropadan da gələnlər olub. Toyuda bəyə 6 milyon, gəlinə isə 2,5 milyon lirə dəyərində qızıl verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun