AZ

Şahmat yığmamız Xorvatiyaya uduzdu

 

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında  IV turun oyunları keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Xorvatiyaya məğlub olub 1,5-2,5.
Azərbaycan millisində Teymur Rəcəbovla Nicat Abasov uduzub, Şəhriyar Məmmədyarov partiyanı qələbə ilə başa vurub. Rauf Məmmədov heç-heçə oynayıb.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Fransa ilə heç-heçə oynayıb. Şahmatçılardan Günay Məmmədzadə qələbə qazanıb, Xanım Balacayeva məğlub olub. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova partiyanı heç-heçə oynayıb. 

Bu gün Avropa çempionatında V turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Monteneqro, qadın şahmatçılar isə Almaniya ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
368
34
qafqazinfo.az

10Mənbələr