AZ

Pokrovska az qalır - Rusiya daha bir kəndi işğal edib

Rusiya Donbasda işğal müharibəsini davam etdirir. Rus ordusu xüsusilə də Donetsk vilayətinin önəmli nəqliyyat xətlərinin keçdiyi Pokrovsk şəhərinin ələ keşirilməsi istiqamətində əlindən gələni edir. Məhz bu istiqamətdə işğalçı qoşunlar daha sürətlə irəliləyir və Ukrayna ordusu burada daha zəif görünür…

“AzPolitika” xəbər verir ki, Ukaryna Müdafiə Nazirliyinə yaxın “DeepState” monitorinq layihəsinin məlumatına görə, Rusiya ordusu Donetsk vilayətinin Pokrovsk rayonunun Karlovka kəndini ələ keçirərək şərq cəbhəsində daha da irəliləyib. Şəhərə çatmağa təxminən 8 kilometr qalır: "Düşmən Karlovkanı işğal edib, həmçinin Qalitsinovka, Stelmaxovka, Dolinovka və Pesçanı yaxınlığındakı Krasnıy Yar ərazisində irəliləyib.

Baş Qərargahın məlumatına görə isə son 24 saat ərzində ümumilikdə 179 hərbi toqquşma baş verib. Ən ağır vəziyyət Pokrovsk istiqamətindədir: “Düşmən Kupyansk, Limansk və Kuraxovo istiqamətlərində də aktivdir. Xarkov istiqamətində 7 toqquşma baş verib. Müdafiə qüvvələri Pletenevka, Liptsı və Volçansk yaxınlığında Rusiyanın hücumlarını dəf edib. Bir düşmən hücumu hələ də davam edir.Pokrovsk istiqamətində Zelenoe Pole, Vozdvijenka, Qrodovka, Karlovka, Novoqrodovka, Marinovka, Mirolyubovka, Mixaylovka və Selidovo yaşayış məntəqələri ərazilərində 55 döyüş toqquşması olub. Müdafiə qüvvələri 52 hücumu dəf edib, üçü hələ də davam edir”.

Göründüyü kimi, Rusiya Donbasdakı qüvvələrinin bir hissəsi Ukraynanın nəzarətinə keçən Kurska atmaq fikrində deyil. Orada Ukraynanın hücum əməliyyatları davam edir və 3 minə yaxın Rusiya hərbçisi faktiki olaraq mühasirədədir. Buna baxmayaraq, Rusiya öz ərazisini azad etməkdənsə, Donetskin işğalını davam etdirməyə üstünlük verir. Bu da hazırkı müharibənin daha bir anormal reallığıdır...

C.Məmmədov

“AzPolitika.info”

Seçilən
104
39
azpolitika.info

10Mənbələr