AZ

Parlament seçkilərini neçə xarici müşahidəçi İZLƏYƏCƏK?

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, 69 ölkə və 51 qurumdan 598 beynəlxalq müşahidəçi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində parlament seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilərin müraciət müddəti 22 avqustda başa çatıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
5
bizim.media

10Mənbələr