AZ

Çexiya Ukraynanın Rusiyaya hücumunda Qərb silahları ilə bağlı möqveyini açıqladı

Çexiya Qərb silahlarının Rusiyaya hücumları ilə bağlı "çox sadə mövqeyə" malikdir - Ukraynanın düşmən ərazisi də daxil olmaqla, özünü müdafiə etmək hüququ var.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

"Ukrayna təcavüzün qurbanıdır və BMT Nizamnaməsinə görə, təcavüzkarın özünü müdafiə etmək hüququ var. Bu müdafiə, məntiqlə, təcavüzkarın ərazisində də baş verə bilər. Bu o deməkdir ki, Çexiya nə təmin etdiyi sistemlərə, nə də Ukraynaya tədarük etdiyi silah və ya sursata, hansı hərbi texnikaya heç bir məhdudiyyət qoymur", - Y.Lipavski qeyd edib.

Nazir bununla bərabər bildirib ki, Rusiyanın dərinliklərinə zərbə endirmək imkanına sahib silahları Çexiya tədarük etmir.


Müəllif: Teleqraf.com
Seçilən
100
50
teleqraf.com

10Mənbələr