“Rusiyada da teleqramla bağlı suallar olub, lakin heç kim onun yaradıcısı Pavel Durovu həbs etməyib”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, suallar var idi. Bəli, həqiqətən də terrorçular teleqram şəbəkəsindən istifadə edirlər”, – Peskov deyib.
Dmitri Peskov vurğulayıb ki, terrorçular təkcə sosial şəbəkələrdən deyil, avtomobillərdən də istifadə edirlər, halbuki heç kim avtomobil istehsalçılarını həbs etmir./Ölkə.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta