AZ

Parisdə Fransa prezidentinin istefası tələbi ilə mitinq keçirilib

Parisdə Vətənpərvərlər partiyasının çağırışına uyğun olaraq Fransa prezidenti Emmanuel Makronun istefası tələbi ilə mitinq keçirilib.

seher.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Respublika rəhbərliyinin növbədənkənar parlament seçkisindən sonra 45 gündən artıqdır ki, hökuməti formalaşdıra bilməməsi fonunda şənbə günü yüzlərlə insan Denfert-Roşro meydanına toplaşıb.

İştirakçılar "Makron istefa ver!", "Makron, rədd ol!", "Makron, işin bitdi: fransızlar küçələrə çıxdı!" şüarları səsləndiriblər.

Bir sıra iştirakçılar "Telegram"ın qurucusu Pavel Durovun həbsindən sonra Fransada söz azadlığını dəstəkləyiblər.

Aksiyanın sonunda Vətənpərvərlər partiyasının qurucusu Florian Filippo ənənəvi olaraq Aİ bayrağını cıraraq, Fransanı Aİ və NATO-dan çıxmağa çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
seher.media

10Mənbələr