AZ

Azərbaycanda avtomobillər toqquşdu - Yaralılar var - FOTOlar

Zaqatalada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıbl.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hazırda yaralılara yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
day.az

10Mənbələr