Milli Məclisə seçkilər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisində də davam edir.
Musavat.com xəbər verir ki, Sabunçu rayon 29 saylı seçki dairəsinin 41 saylı seçki məntəqəsində xanım məhkumlar səs verirlər.
41 saylı seçki məntəqəsinin sədri Eldar Mahmudov bildirib ki, burada 545 məhkum səs verəcək. Səsvermə prosesi başlayandan indiyədək 205 məhkum səs verib.
***
Növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında məhkumların səsvermə prosesi keçirilir.
Musavat.com xəbər verir ki, səsvermə Sabunçu rayonu 29 saylı seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə aparılır.
38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev qeyd edib ki, burada 1081 məhkum qeydiyyatdadır.
Seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir.
Qeyd edək ki, məhkum və həbs edilmiş şəxslər Pentensiar müəssisələridə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.
Şahanə Rəhimli
Musavat.com