Sumqayıt şəhər 42 saylı birinci seçki dairəsi üzrə deputatlığa namizəd Şəfəq Mailova müxtəlif seçki məntəqələrində qanun pozuntuları olduğunu açıqlayıb.
4 və 12-ci məntəqələrdə müşahidəçilər üçün maneələr yaradılır.
7-ci məntəqədə sağ əlin yerinə sol əlin baş barmağı görünməz mürəkkəblə işarələnmişdir.
Bundan əlavə, Mailovanın sözlərinə görə, bəzi məntəqələrdə "karusel" əməliyyatı keçirilir, fərqli qurumun əməkdaşları kütləvi halda səs verməyə göndərilir.
Eyni zamanda toplu halda bülletenlər atılması halları qeydə alınıb.
Seçki dairəsindən münasibət öyrənmək mümkün olmayıb.