AZ

Kreml artıqdır...

...Mən özüm Azərbaycan Prezidentinə şəxsən deyil, diplomatik kanallar vasitəsilə ikitərəfli görüş keçirməyi təklif etmişəm. Zirvə görüşünün vaxtı gələndə, fərqli formatı istisna etmədən, düşünürəm ki, bu, Ermənistan-Azərbaycan sərhədində baş tuta bilər.

Bəzi rus saytlarının iddiasına görə, bunu deyən Nikol Paşinyan, bununla da danışıqlarda rusiyalı vasitəçiləri mədəni şəkildə təpikləyib.

Ermənilər açıq şəkildə eyham vururlar ki, artıq ölkələrinin siyasi və digər məsələlərində “böyük qardaş”ın olmasına ehtiyac yoxdur. Bundan başqa, Ermənistan Azərbaycanı sülh sazişinin artıq razılaşdırılmış bəndlərini imzalamağa və danışıqları davam etdirməyə dəvət edir(?).

Ermənistanın baş nazirinin sözlərinə görə, tərəflər artıq 17 maddədən 13-ü tam razılaşdırıblar, daha üçü üzrə isə qismən razılaşıblar. O, həmçinin qeyd edib ki, ölkə 2020-ci il üçün üçtərəfli bəyannamə ilə bağlı imzasını geri götürmək niyyətində deyil.

Artıq sirr deyil ki, Rusiyanın Ermənistanla münasibətləri sürətlə düşmənçilik vəziyyətinə keçir və Moskvanın regiondakı imkanları son dərəcə zəifdir. Rusiya Federasiyası Azərbaycanla bağlı vəziyyətdə mütləq üçüncü təkər kimi görünür. Birdən-birə buna ehtiyac yarananda, Ermənistanda insanlar bunun baş verib-verməyəcəyini bilmirlər(?).

SİA yazı ilə bağlı "Deputatskiy budni” Telegram kanalına istinad edib.

Əli Babayev

Seçilən
107
29
sia.az

10Mənbələr