İraqdan Türkiyəyə keçmək istəyən 4 terrorçu zərərsizləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.
O bildirib ki, terrorçulardan biri qırmızı, digəri boz kateqoriyada axtarışda olub.
“Paramotorlardan istifadə edərək aksiyaya hazırlaşan və zərərsizləşdirilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib. Terrorçuların 13 mühafizəçinin şəhid olduğu, 39 mühafizəçi və 6 mülki vətəndaşın yaralandığı, ümumilikdə 22 aksiyada iştirak etdiyi müəyyən edilib”, - paylaşımda vurğulanıb.