Polis əməkdaşları odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
Bakıvaxtı.az DİN-in mətbuat xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, sentyabrın 2-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tüfəng, 1 patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.