Bakı, 3 sentyabr, AZƏRTAC
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,14 dollar azalaraq 77,38 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,54 dollar artaraq 74,09 dollar təşkil edib.