1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Football Meets Data" portalı UEFA Avropa Liqasında klubların təxmini sıralamasını açıqlayıb.
Oxu.Az xəbər verir ki, Liqa mərhələsinin lideri olmağa ən yaxın namizəd İngiltərənin "Tottenhem" klubu göstərilib. London klubunun şansları 49 faiz dəyərləndirilib.
Azərbaycan təmsilçisi "Qarabağ" sıralamada 22-ci pillədə göstərilib. "Köhlən atlar"ın ilk "8-lik"də qalmaq şansı 16, pley-offa düşməyi isə 65 faiz göstərilib.
İlk 8 yer isə belə təxmin edilib:
1. "Tottenhem"
2. "Mançester Yunayted"
3. "Roma"
4. "Atletik"
5. "Qalatasaray"
6. "Latsio"
7. "Portu"
8. "Real Sosyedad".
Avropa Liqasının yeni formatına görə Liqa mərhələsini birinci 8 sırada bitirənlər birbaşa 1/8 finala, 9-24-cü pillələr isə pley-off mərhələsinə yüksələcək.
"Qarabağ"ın rəqibləri isə belədir: Niderlandın "Ayaks", İngiltərənin "Tottenhem", Yunanıstanın "Olimpiakos", İsveçin "Malmö", Norveçin "Budyo Qlimt", Rumıniyanın FCSB və İsveçin "Elfsborq" komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, təmsilçimiz "Ayaks", "Lion", "Malmö" və FCSB ilə Bakıda, digər komandalarla səfərdə qarşılaşacaq.