"İllər əvvəl Rövşən Rzayev demişdi: biz əminik ki, bir gün Ermənistanda elə bir hakimiyyət olacaq ki, biz Şuşaya qayıdacağıq".
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, “Demokratiya və Təhlükəsizlik” QHT-nin prezidenti Naira Zöhrabyan deyib.
"Mən bunu demək istəmirəm, amma təəssüf ki, Rövşənin proqnozları peyğəmbərlik idi. Çünki heç kim təsəvvür edə bilməzdi ki, Ermənistanın baş naziri nə vaxtsa (2022-ci ilin oktyabrında - red.) Praqaya gedəcək və deyəcək: Qarabağ Azərbaycandır, vəssalam".
Ağarza Elçinoğlu