AZ

Rusiya XİN Azərbaycandakı seçkilərə görə Qərbi QINADI

Qərbə bağlı beynəlxalq təşkilatların Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı mövqeyi qərəzlidir.

Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə prezidenti İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb, onlardan 305-i 25 siyasi partiyadan, 684-ü öz namizədliyi, 1 namizəd isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Səsvermədə 2 milyon 196 min 771 nəfər iştirak edib. Seçkilərdə seçici fəallığı 37,27 faiz olub. Seçkiləri Rusiyanın da daxil olduğu 69 ölkədən 51 təşkilatdan 12 minə yaxın yerli və 589 beynəlxalq müşahidəçi izləyib. MDB və ŞƏT monitorinq missiyalarının qiymətləndirmələrinə əsasən, seçkilər şəffaf, etibarlı və demokratik, milli qanunvericiliyin tələblərinə uyğun təşkil olunmuş kimi tanınıb. Buna baxmayaraq, qərblilər və onlara bağlı beynəlxalq strukturlar bir daha respublikada gedən demokratik proseslərin real mənzərəsinə uyğun gəlməyən qərəzli və subyektiv qiymətləndirmələr açıqlayıblar. Rusiya tərəfinin ATƏT/DTİHB vasitəsilə göndərdiyi müşahidəçilər vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması faktını qeydə almayıb”, – XİN vurğulayıb.

Nazirlik onu da qeyd edib ki, Rusiya tərəfi xalq iradəsinin ifadəsinin uğurlu təşkili münasibətilə azərbaycanlı dostlarını təbrik edir.

“Seçkilərin nəticələri Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi kursa və sosial-iqtisadi islahatlara əhali arasında geniş dəstəkdən xəbər verir. Ümid edirik ki, Azərbaycan Respublikası Milli Məclisinin parlament korpusunun yeni tərkibi ilə Rusiya Federasiyası Federal Məclisi arasında ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə uyğun sıx və konstruktiv qarşılıqlı fəaliyyət davam etdiriləcəkdir”, – deyə bəyanatında qeyd olunub.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Seçilən
165
27
viral.az

10Mənbələr