AZ

Peskov: “Kiyev Rusiyanı ABŞ silahları ilə vura bilər”

“Ukrayna tərəfi Rusiya ərazilərinə hücum cəhdlərini davam etdirəcək”.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Onun sözlərinə görə, Kiyev rejimi bu cür hücumlar üçün artıq Amerika silahlarından istifadə edir: “Amerikanın uzaqmənzilli silahlarının qalıqları rusiyalı mütəxəssislər tərəfindən qəza yerlərində aşkar edilir. Bütün bunlar bizim tərəfimizdə nəzərə alınır”, - Peskov qeyd edib.

O əlavə edib ki, ABŞ Ukrayna münaqişəsinə getdikcə daha çox qarışır.

Qeyd edək ki, ABŞ 2024-cü ilin payızında JASSM uzaqmənzilli qanadlı raketlərin Ukraynaya yardım paketinə daxil ediləcəyini bildirib.

Seçilən
153
50
iqtisadiyyat.az

10Mənbələr