Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda kollektivlə məşqlərə başlayıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze 27 yaşlı hücumçunun komanda ilə hazırlıqlara start verdiyi üçün çox sevindiyini bildirib.
Qeyd edək ki, “Nürnberq” sentyabrın 5-də yoxlama oyununda "Ertsgebirge" ilə üz-üzə gələcək.