4 Sentyabr Ümumdünya Leykemiya ilə Mübarizə Günüdür.
Leykemiya sümük iliyi xəstəliyinə aiddir, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir. Xəstəlik zamanı qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir.
Leykemiyaya hər yaşda təsadüf olunur. Ən çox 2-5 yaş arasında olan uşaqlarda təsadüf olunur.
Uşaq yaşlı leykoz xəstələrində dərmanla 3-3.5 il müalicədən sonra 85% uğurlu nəticə əldə olunur. Müalicəyə cavab alına bilməyən və bəzi istisna hallarda sümük iliyi nəqlinə ehtiyac duyulur.
Son məlumatlara əsasən, ötən illərdə dünyada hər 100.000 kişi və qadın arasında yeni leykemiya diaqnozu 14.1, ölüm halları isə 6.4 faiz təşkil edib.