AZ

Təcili yardım maşını piyadanı vuraraq öldürdü

Bakıda təcili yardım avtomobili piyadanı vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, hadisə avqustun 29-u saat 12:30 radələrində baş verib.

Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Sultan Sultanov yol vərəqəsi əsasında idarə etdiyi həmin stansiyaya məxsus "İveko" markalı avtomobillə Maştağa-Zabrat şosesi ilə hərəkətdə olarkən "Təkər Kredit" mağazasının qarşısında yolu sağdan sola keçən piyada, 1950-ci il təvəllüdlü Məlikov Şahverdi Ağaverdi oğlunu ehtiyatsızlıqdan vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Hadisə ilə bağlı ilk məlumatı Lent.az yayıb.

Seçilən
23
16
sitat.info

10Mənbələr