Ərdoğan: Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir
Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir.
aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bir çox məsələdə hər iki ölkənin maraqları üst- üstə düşür: “Ona görə biz əməkdaşlığı genişləndirmək istəyirik”.
Türkiyə lideri söyləyib ki, hər iki ölkə qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmağı hədəfləyir: “Misirli investorları Türkiyədə gözləyirik. Misirlə enerji sahəsindəki əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”.
Onun sözlərinə görə, Ankara və Qahirənin regional sülh və sabitliyə töhfəsi həyati əhəmiyyətlidir.
aia.az