ABŞ Ədliyyə Nazirliyi Rusiyaya bağlı bəzi media qurumları və sosial media platformalarının noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışdığını iddia edib.
Turkustan.az xəbər verir ki, ABŞ Rusiyaya bağlı bəzi təşkilatları ABŞ prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib.
ABŞ Ədliyyə Nazirliyi Rusiyaya bağlı bəzi media qurumlarını və sosial media platformalarını noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib.
ABŞ ədliyyə naziri Merrik Qarland nazirlikdə keçirdiyi mətbuat konfransında Moskva rəhbərliyini hədəf alan açıqlamalar verib və yeni sanksiyaları açıqlayıb.
Qarland iddia edib ki, Rusiyanın dövlət kanalı RT Moskva administrasiyası tərəfindən “Amerikada prezident seçkiləri öncəsi ictimai rəyi yönləndirmək” və bununla da seçkilərə təsir etmək üçün gizli şəkildə istifadə edilib.
Nazir Qarland təkcə RT-nin deyil, Moskvanın yönləndirdiyi bir çox sosial media platforması və istifadəçilərinin də Amerika ictimaiyyətinə təsir göstərməyə, seçkilərə müdaxilə etməyə çalışdığını iddia edərək, bu şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edəcəklərini bəyan edib.
Garland, RT-nin iki əməkdaşı Kostiantyn Kalaşnikov və Elena Afanasyevanın sosial media platformaları vasitəsilə ABŞ-da siyasi təsir yaratmaq üçün 10 milyon dollar xərclədiyini təsbit etdiklərini və bu iki adı sanksiya altında sual altına aldıqlarını açıqladı.
ABŞ-lı nazir İran və Çin, eləcə də Rusiya kimi aktyorların ABŞ-ın siyasi sisteminə və prezidentlik yarışına birbaşa olmasa da dolayısı ilə təsir göstərməyə çalışdıqlarını və bu addımları yaxından izlədiklərini və lazımi ehtiyat tədbirlərini gördüklərini vurğulayıb.
ABŞ Ədliyyə Nazirliyi, həmçinin Rusiyaya bağlı iki media-kommunikasiya şirkəti, Sosial Dizayn Agentliyi (SDA) və Structura National Technology (Structura) ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyə çalışdıqlarını və bu kontekstdə sanksiyalara məruz qalacağını açıqlayıb.
ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Rusiya RT və digər media qurumları vasitəsilə 2016-cı il prezident seçkilərinə müdaxilə etməyə cəhd edib, Moskva isə seçkilərə müdaxilə iddialarını rədd edib.
Eltac Zülfüqaroğlu/Turkustan.az