AZ

“Bakı Gəmiqayırma Zavodu”nun istehsal dəyəri 3 dəfədən çox artıb

Bu ilin I yarısında “Bakı Gəmiqayırma Zavodu” MMC-nin istehsal dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 25 milyon manata çatıb.

Missiya.Az-a bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Zavod Agentliyin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidentidir. Hazırda burada 722 nəfər daimi işlə təmin edilib.

Müəssisə Parkda tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində 2015-ci ildən indiyə qədər 73 milyon manatdan çox vəsaitə qənaət edib.

Seçilən
105
5
missiya.az

6Mənbələr