AZ

Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 5-də Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə Regional Direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlar arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulandı.

 

Dünya Bankının Azərbaycanla Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) əhəmiyyəti qeyd olundu, 2025-2029-cu illəri əhatə edəcək yeni ÖTÇ-nin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Ölkəmizin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığının hazırkı səviyyəsindən, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluq ifadə olundu.

 

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən dövlət-özəl tərəfdaşlığı, xarici investisiyaların cəlb olunması, COP29 çərçivəsində birgə fəaliyyət və digər aktual istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edildi.

Seçilən
31
50
sfera.az

10Mənbələr