Rus məktəblərində təhsil alan miqrant uşaqları rus dilini öyrənməyə məcbur etmək lazımdır.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, bu, tədricən və uyğun şəkildə həyata keçirilməlidir. “Bəzi birinci siniflərdə uşaqların dörddə üçü rus dilini bilmir. Biz onları yavaş-yavaş öyrənməyə məcbur etməliyik. Kim öyrənmirsə, onu içəri buraxmayın”.
Azpost.info