AZ

"Region Mühəndislik" cərimələnə bilər

"Region Mühəndislik" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub. 

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayevanın icraatındadır. 

Qeyd edək ki, "Region Mühəndislik" MMC bir sıra dövlət qurumlarının keçirdiyi milyonluq  tenderlərin qalibi olub. Təkcə ötən il Minatəmizləmə Agentliyi "Qubadlı və Laçın rayonlarında mobil bazaların salınması işlərinin satın alınması" üçün sözügedən şirkət 3 923 473 manat məbləğində müqavilə imzalayıb.

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
8
valyuta.az

10Mənbələr