AZ

Bakıda xaos yaradan zolaq: Maşınlar yolun ortasında qaldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda paytaxtın Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid və Parlament prospektlərinin kəsişməsində sürücülərin üzləşdiyi zolaq probleminə toxunulub.
Belə ki, sözügedən ərazidə yalnız bir zolağın nəzərdə tutulması səbəbindən sürücülər bir-birinin arxasında dayanır və Hüseyn Cavid prospektindən Parlament prospektinə keçmək istəyən sürücülərin yolunu kəsirlər.
Ərazidəki digər problem isə Parlament prospektindən Hüseyn Cavid prospekti istiqamətində hərəkət edən sürücülərlə bağlıdır.
Zolaq daraldığı üçün sol zolaqda hərəkət edən sürücülər bu zolağı tapdalamaq məcburiyyətində qalırlar.
Maraqlıdır, belə şəraitdə cavabdehliyi zolaqları çəkənlər, yoxsa sürücülər daşıyırlar?
Ətraflı süjetdə:
Seçilən
267
50
oxu.az

10Mənbələr