AZ

Türkiyə ordusu son 4 gündə 27 terrorçunu zərərsizləşdirib - Açıqlama

Türkiyə ordusu İraqın şimalında PKK terrorçulana aman vermir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 2-dən etibarən İraqın şimalında Metina, Zap, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatında ən azı 20 terrorçu zərərsizləşdirilib: "Bundan əlavə, İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirilən hava əməliyyatı ilə daha 7 terrorçu zərərsizləşdirilib. Bununla da İraqda son 4 gündə zərərsizləşdirilən PKK terrorçularının sayı 27-yə çatıb".

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
mia.az

10Mənbələr