AZ

Bir gecədə 260-dan çox zibil balonu göndərdi - İki ölkə arasında gərginlik

Cənubi Koreya Şimali Koreyanın dünən gecədən bəri 260-dan çox "zibil balonu" göndərdiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Şimalın bir-birinin ardınca ölkəyə zibil olan yüzlərlə şar göndərməyə davam etdiyi bildirilib. 

Açıqlamada 3 gündür Cənub torpaqlarına zibil olan şarların göndərildiyi, dünən gecədən bu gün səhərədək müxtəlif şəhərlərə 260-dan çox “zibil balonu”nun düşdüyü bildirilib. 

Atılan zibil balonlarından 140-nın paytaxt Seulun bəzi yerlərində və yaxınlıqdakı Gyeonggi əyalətinə düşdüyü qeyd edilib. Açıqlamada şarların əksəriyyətində kağız və plastik butulkaların olduğu və təhlükəli maddə aşkar edilmədiyi vurğulanıb. 

İki ölkə arasında “zibil balonu gərginliyi” aylardır davam edir. 

Gülayə Mecid 

Seçilən
213
50
unikal.az

10Mənbələr