AZ

Türkiyə ordusu 27 terrorçunu məhv etdi

İraqın şimalında son 4 gündə həyata keçirilən əməliyyatlarda 27 terrorçu zərərsizləşdirilib.Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat yayıb.Məlumata görə, sentyabrın 2-də İraqın şimalında Metina, Zap, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatında ən azı 20 terrorçu zərərsizləşdirilib. Bundan əlavə, İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirilən hava əməliyyatı ilə daha 7 terrorçu zərərsizləşdirilib.

Bununla da Şimali İraqda son 4 gündə zərərsizləşdirilən PKK terrorçularının sayı 27-yə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
26
metbuat.az

10Mənbələr