AZ

Daha 27 terrorçu məhv edildi

Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, İraqın şimalında və Suriyada 27 terrorçu məhv edilib.

"Cebheinfo.az" xəbər verir ki, İraqın şimalındakı Metina, Zap, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatında ilkin təsbitlərə görə ən az 20 terrorçu zərərsizləşdirilib.

Bölgədə hədəf qiymətləndirmə işləri davam edir. 

Bundan əlavə, İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirilən hava əməliyyatı ilə daha 7 terrorçu zərərsizləşdirilib.

Bununla da Şimali İraqda zərərsizləşdirilən PKK terrorçularının sayı 27-yə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
cebheinfo.az

10Mənbələr