AZ

Vüqar Mirzəzadəyə yüksək vəzifə verildi

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib.

 

Vüqar Mirzəzadə rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib.

 

Vüqar Mirzəzadə 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya ixtisası üzrə bakalavr, Qlazqo Universitetində idarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistr təhsili alıb.

 

Bank VTB (Azərbaycan) ASC-də müxtəlif vəzifələrdə, “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsində işləyib.

 

2020-ci ildən son təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub./APA

Tarix: 6 Sentyabr 2024, 17:04   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
pravda.az

10Mənbələr