AZ

Jurnalist Azər Rəşidoğlu palataya köçürülüb - YENİLƏNİB

Jurnalist Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub.
APA xəbər verir ki, bu barədə jurnalist Rəsul Mirhəşimli bildirib:
"Həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib. Azər Rəşidoğlu artıq bu dəqiqələrdə palataya köçürülüb, özünü yaxşı hiss edir. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, reanimasiyada saxlamağı məsləhət bilməyiblər".

***
Jurnalist Azər Rəşidoğlu bu gün Milli Onkologiya Mərkəzində əməliyyat olunub.
Bu barədə Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, onun əməliyyatı uğurlu keçib:
“Hazırda vəziyyəti qənaətbəxşdir. Gün ərzində palataya köçürüləcək”.
Seçilən
111
10
sherg.az

10Mənbələr