İsrail İranın neft ixracına mane olmaq üçün Qırmızı dəniz və Aralıq dənizində 14 İran gəmisinə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami keçirdiyi mətbuat konfransında məlumat verib.
O, iddia edib ki, İran cavab olaraq onların 12 gəmisini vurub:
“Qırmızı dənizdə və Aralıq dənizində 14 gəmimizə hücum etdilər ki, neft ixrac edə bilməyək. İsrail rejimi bu əməli çox gizli və qeyri-müəyyən şəkildə həyata keçirdi. Biz onların 12 gəmisini vurmaqla cavab verdik. Beşinci gəmini vurduqdan sonra onlar təslim oldular və dəniz döyüşlərini dayandırmağımızı söylədilər".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta