İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri general-mayor Hüseyn Səlami bildirib ki, İsrail qüvvələri Tehranın neft ixracının qarşısını almaq üçün 14 İran gəmisinə hücum edib.
Musavat.com xəbər verir ki, onun fikirlərini Tasnim agentliyi yayıb.
SEPAH komandirinin dediyinə görə, İsrailin bu hücumlarının qarşısnı almaq üçün İran da 12 İsrail gəmisinə hücum edib və nəticədə hərbi-dəniz qüvvələrinin növbəti qarşıdurmasına son qoyulub: “Biz beşinci İsrail gəmisini ələ keçirdikdə onlar əllərini qaldırdılar və dəniz qarşıdurmasına son qoymağa razı oldular. Onlar neftimizin ixracının qarşısını almaq üçün 14 gəmimizə hücum etdilər. Çox gizli şəkildə edildiyi üçün əvvəlcə bunun arxasında kimin dayandığını bilmirdik, amma sonda bildik: sionist rejim”.
Səlami həmçinin bildirib ki, Britaniya qüvvələri Cəbəllütariqdə İran gəmisini ələ keçirəndə Tehran Stena Impero gəmisini tutaraq onları təslim olmağa məcbur edib: "Onlar Yunanıstanda iki gəmimizi ələ keçirdilər, biz onların iki gəmisini ələ keçirdik və sonda onlar təslim oldular".
Musavat.com