AZ

Köməksiz vəziyyətdə qalanlar belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1, Yasamal rayonu ərazisində doqquz və yeddimərtəbəli yaşayış binalarında 2 ünvanda liftdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində isə 2 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.   Manset.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si azyaşlı olmaqla ümumilikdə 7 nəfər xilas edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
23
manset.az

10Mənbələr