Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli şadlıq evinin dam örtüyündə quraşdırılan havalandırma qurğusunun mühərriki və hava təmizləyici qurğu yanıb.
Bu barədə FHN-dən bildirilib.
Şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.