AZ

“Azərbaycan futbolunun gələcəyini birlikdə dəyişə bilərik”

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının II turu çərçivəsində bu gün Koşitsedə Slovakiya yığması ilə keçirilən oyundan sonra mətbuat konfransında fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 0:2 hesablı məğlubiyyətə baxmayaraq, komandanın sona qədər mübarizə apardığını söyləyib:

“Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçularımız sona qədər mübarizə apardılar. Oyuna rəqib daha yaxşı başladı. Biz Slovakiya yığmasının hücumlarının qarşısını almağa və əks-hücumlara keçməyə çalışdıq. Rəqib daim təzyiq edirdi. Bu cür güclü komandalara qarşı intensiv oynamaq vacibdir. Ən vacibi, mental düşüncəmizi dəyişməli və başa düşməliyik ki, həm yaxşı müdafiə oluna, həm də güclü hücumlar qura bilərik. İntensiv oyun səviyyəsini artırsaq, gələcəkdə uğurlu nəticələr qazanarıq. Bu komandanı müsbət məqamda dəyişəcəyimə yüz faiz inanıram. Mental olaraq çalışsaq, Azərbaycan futbolunun gələcəyini birlikdə dəyişə bilərik”.

Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 11-də, Tallində Estoniya yığmasına qarşı keçirəcək

Seçilən
154
46
futbolpress.az

10Mənbələr