AZ

"Volkswagen"in rəhbəri bütün Avropa avtomobil sənayesi üçün görünməmiş böhran elan etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bütün Avropa avtomobil sənayesi son dərəcə çətin vəziyyətdədir, bu, indiyə qədər heç vaxt baş verməyib".
Oxu.Az xəbər verir ki, bu fikirləri Almaniyanın "Volkswagen" konserninin rəhbəri Oliver Blume "Bild am Sonntag" qəzetinə müsahibəsində bildirib.
"İqtisadi şərtlər, xüsusən də "Volkswagen" brendi üçün daha da çətinləşib", - Blume qeyd edib.
O, Alman konserninin vəziyyətinin o qədər ciddi pisləşdiyini və hər şeyi əvvəlki kimi qoymağın kifayət etmədiyini vurğulayıb. İndi yalnız xərcləri azaltmaqla iş bitmir, yeni tədbirlər görmək zəruridir.
"Avropada getdikcə daha az avtomobil satılır, eyni zamanda, Asiyadan yeni rəqiblər sürətlə bazara daxil olur və bu sahədə daha çox rəqib yaranır", - top-menecer əlavə edib.
Buna baxmayaraq, o, "Volkswagen"in Almaniyaya sadiq qalacağına əminliyini bildirib.
"Bizdə babaları "Volkswagen"də işləyən işçilər var və mən onların nəvələrinin burada işləməsini istəyirəm", - Blume vurğulayıb.
Bununla belə, o, konsernin ümumilikdə təxminən beş milyard avroya qənaət etməli olduğunu diqqətə çatdırıb. Şirkət rəhbərinin sözlərinə görə, istehsal bahalaşıb, mənfəət isə aşağı düşüb.
Seçilən
173
50
oxu.az

10Mənbələr