General Sırski: “Kursk əməliyyatı Pokrovskinin müdafiəsinə kömək edir” - Foto
“Ukrayna Pokrovskini itirməmək üçün əlindən gələni edir və Kursk əməliyyatı buna köməklik göstərir. Xüsusilə, Kursk əməliyyatı Rusiyanın hərbi bölmələrini manevr imkanından məhrum edib”.
Reyting.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Aleksandr Sırski Ukraynanın Pokrovskini itirə biləcəyi ilə bağlı suala cavabında deyib.
Generalın sözlərinə görə, son 6 gündə ruslar bir metr də irəliləməyib, hazırda Ukraynanın strategiyası işləyir və Pokrovski ərazisində müdafiəni gücləndirirlər.
“Əlbəttə, düşmən ən çox təlim keçmiş hissələrini Pokrovski istiqamətində cəmləşdirdi, lakin biz onu bölmələrini manevr etmək və gücləndirici hissələrini başqa istiqamətlərdən köçürmək imkanından məhrum etdik”, - deyə Sırski əlavə edib.
Qərargah rəisi vurğulayıb ki, Rusiya Pokrovski rayonundan bir dəniz piyada briqadası istisna olmaqla, çoxlu qoşun köçürməsə də, indi işğalçılar əvvəlki kimi ehtiyatlarını manevr edə bilmirlər. Bu zəifləmə digər sahələrdə də hiss olunur. Beləliklə, artilleriya atışlarının sayının və hücum hərəkətlərinin intensivliyinin azalması qeydə alınır.
“Pokrovski istiqaməti, əslində, bizim üçün ciddi problem olaraq qalır, digər istiqamətlərdə vəziyyət sabitləşib, ona görə də inanıram ki, bu strategiya düzgün seçilib və bu, bizə lazım olan nəticəni verəcək”,- general fikrini yekunlaşdırıb.
Onu da qeyd edək ki, digər mənbələr Rusiya qüvvələrinin həm Donetsk vilayəti, həm də Pokrovski istiqamətində irəllədiyini bildirirlər.
ELÇİN